İstifadə (icra) qiyməti

Exercise price, Strike price Opsion istifadə olunduqda opsion alıcısının baza aktivini ala (“Koll” opsion olduqda) və ya sata (“Put” opsion olduqda) biləcəyi qiymət. İstifadə (icra) qiyməti opsion kontraktının hazırlanması zamanı müəyyən olunur.
İstifadə (icra) etmək
İstiqraz
OBASTAN VİKİ
İnhisar qiyməti
İnhisar qiyməti — oliqopoliya, inhisarçı rəqabət və inhisarçılıq şəraitində mükəmməl rəqabətin bazar qiymətindən kənara çıxan malların qiyməti. Firmanın öz məhsullarının qiymətinə təsir etmək qabiliyyətinə bazar gücü deyilir. Bazar gücünə malik olan firmalara qiymət istehsalçıları deyilir. Bazar gücündən istifadə edərək, inhisarçı hazır məhsulun qiymətlərini rəqabətqabiliyyətli qiymətlərdən yuxarı, onların istehsalı üçün xammalın qiymətini rəqabətqabiliyyətli qiymətlərdən aşağı təyin etməklə inhisar mənfəəti əldə edir. Bazar hakimiyyəti rəqiblərin inhisarlaşdırılmış bazara daxil olmasına mane olan təbii və ya hüquqi (lisenziya, ixtira patentləri və elmi-texniki inkişaf) maneələrin yaranması nəticəsində rəqabət aparan firmaların yığılması (almaq, sənaye holdinqlərinin yaradılması, trestlərin təşkili) yaranır və müxtəlif üsullarla həyata keçirilir: qiymət razılaşması (künc, kartel), məhv və ya satınalma. İnhisar qiymətləri siyasəti bazar mexanizmlərinin deformasiyasına və iqtisadi səmərəliliyin və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır: inhisarçı tərəfindən malların tədarükü azdır və onların qiymətləri mükəmməl rəqabət şəraitində olduğundan daha yüksəkdir. Buna görə də dünyanın demək olar ki, bütün ölkələrində dövlətin antiinhisar qanunları əksər bazarların inhisarlaşdırılmasını qadağan edir. Rusiyada antiinhisar iqtisadi, inzibati və qanunvericilik tədbirlərinin həyata keçirilməsi və antiinhisar qanunlarına riayət olunmasına nəzarət funksiyaları Federal Antiinhisar Xidməti tərəfindən həyata keçirilir.
Səhmin bazar qiyməti
Səhmin bazar qiyməti — sövdələşmə tərəfləri sərbəst (məcbur etmədən) və ağlabatan hərəkət etdikdə, səhmlərin mümkün satışı üçün ən çox ehtimal olunan gözlənilən qiymət. Başqa sözlə desək, bazarda səhmlərin alınıb-satıldığı qiymətdir, tələb olarsa, qiymət qalxır; olmasa qiymet ener. Maliyyə lüğəti səhmin bazar dəyərini səhmin alqı-satqısının aparıldığı son qiymət kimi müəyyən edir. Buna görə şirkətin bütün səhmlərinin bazar dəyəri əmlak və maliyyə aktivləri də daxil olmaqla şirkətin ümumi kapitalından onlarla dəfə fərqlənə bilər. Səhmlərin alqı-satqısı prosesində çox vaxt birja brokeri vasitəçi kimi iştirak edir. Əgər şirkətin səhmləri bazarda satılmırsa, o zaman fiziki şəxslər arasında əməliyyatlar səlahiyyətli registratorlar və ya brokerlər vasitəsilə həyata keçirilir (hər ölkədə səhmlərin alqı-satqısının qeydiyyatı üçün öz sistemi mövcuddur). Bazar dəyərinin hesablanması üçün bütün düsturlar investorların gözləntilərdən danışır. Lakin onlar bu gözləntilərin yerinə yetiriləcəyinə heç bir şəkildə zəmanət verə bilməzlər. Nəticədə bazar dəyərinin əsas meyarı bazardır. Bazar qiymətini müəyyən etməyin ən sadə üsulu son 6 ay ərzində səhm alqı-satqı əməliyyatlarının orta çəkili qiymətinin müəyyən edilməsidir.
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədilə yaradılmış əsərlərdən başqa).
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
İcra hakimiyyətləri
İcra nümayəndəsi
İcra nümayəndəsi - Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqəlirndə icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Hüquqlardan sui-istifadə
Hüquqlardan sui-istifadə — mülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" (fr. le droit cesse où l'abus commence) maksimasını əks etdirir. Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə: İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki: Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki: Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir. Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.
Neodim oksiddən istifadə
Neodim oksid (Nd2O3) neodim əlvan metalının havada qızdırılması yolu ilə əldə edilir ki, həmin hava bunun hesabına çox tez qızır və qeyri-metallarla – azot, halogenlər, kükürd, hidrogen və digərləri ilə reaksiyaya daxil olur. Xarici görünüşü – mavi, refrakter toz. Elementin bütün tərkib hissələrindən ən çox onun oksidi əhəmiyyət kəsb edir, hansı ki bir sıra fiziki-kimyəvi xüsusiyyətli üstünlüklərə malikdir: -ərimə temperaturu – 2200° C; -qaynama temperaturu – 3300° C; -suda və orta güclü mineral turşularda həll olunur; -asan higroskopik material; -soyuq su, alkalilər və ammonium hidratla reaksiyaya daxil olmur. Onun təmizliyi 99%, 99,9%, 99,99%, 99,999% təşkil edir. Neodim oksidin yaxşı xüsusiyyətlərinə görə, tətbiq sahəsi kifayət qədər genişdir. Hər şeydən çox keramika və şüşəəritmədə istifadə olunur. Neodim şüşəsi onun şüşə ərintilərinə daxil edilməsi yolu ilə əldə edilir. Belə şüşələr lazer və kosmik cihazlarda, yarımkeçirici lazerlərdə və inertial termoatom sintezi üçün multişüa sistemlərində istifadə olunur. Neodim oksid dielektrik olaraq çox az genişlənmə əmsalı ilə istifadə olunur. Onun istifadəsinə hətta gündəlik həyatda da rast gəlmək olar.
Vəzifədən sui-istifadə
Sui-istifadə etmək – bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək.
Azərbaycan icra başçıları
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi. O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
İcra Şurası (Rojava)
Federal İcra Şurası və ya sadəcə İcra Şurası (ərəb. المجلس التنفيذي للفيدرالية‎, kürd. Encûmena Rêvebir a Federaliyê, klass. süry. ܡܘܬܒܐ ܣܘܥܪܢܝܐ ܕܦܕܪܐܠܝܘܬܐ) — Şimali və Şərqi Suriya Muxtar İdarəsində Suriya Demokratik Şurasının Federal Məclisi tərəfindən hazırlanmış siyasətlərin həyata keçirilməsinə nəzarət edən birgə koordinasiya komitəsi. Nazirlər təyin edilir. 2014-cü ilin sonundan əvvəl ümumi seçkilərin keçirilməsi planlaşdırılırdı, lakin döyüşlər səbəbindən bu təxirə salınmışdır.
Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uşaqlardan hərbidə istifadə edilməsi
Uşaqlardan hərbidə istifadə edilməsi — Uşaqlardan hərbidə istifadə edilməsi halı əsasən bir neçə formada müşahidə edilir: Uşaqların bir başa hərbi əməliyyatlarda iştirak etməsi, uşaqlardan müşahidəçi, xəbərçi və kəşfiyyat məqəsədləri ilə istifadə edilməsi. Tarix boyunca baş vermiş bir çox müharibələr zamanı uşaqlardan hərbi əməliyyatların gedişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlərlə istifadə edilməsi qadağan edilsədə, 1970-ci ildən bəri yaşanan müharibələrdə uşaq əməyindən istifadə hallarının artması müşahidə edilir. 1970-ci illərdə qəbul edilmiş Uşaqlardan hərbidə istifadə edilməsinin dayandılması barədə Konvensiyasının qəbul edilməsinə baxmayaraq belə halların sayı azalmamışdır. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.
İnternetdə istifadə olunan dillər
Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili. 2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər. Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir. Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır. 10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir: Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur. 2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir: Internet World Users by Language, Internet World Stats.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Faiq Qürbətov (icra başçısı)
Faiq Akif oğlu Qürbətov (19 avqust 1973, Bakı) — Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı. Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — tarix müəllimi ixtisası üzrə, 1998–2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir. F. Qürbətov 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, sonra isə Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur. Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999–2001-ci illərdə Azərbaycan Gənclər, İdman və Turizm nazirinin köməkçisi, 2001–2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır. F. Qürbətov 2007–2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım Layihəsinin direktoru, 2011–2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
Musa Musayev (icra başçısı)
Musa Həzi oğlu Musayev (4 dekabr 1959, Nüvədi, Meğri rayonu) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). Musa Musayev 1959-cu il dekabrın 4-də Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. 1983–1988-ci illərdə Kənd Təsərrüfat Nazirliyinin Elmi-Tədqiqat Yemçilik İnstitutunda elmi işçi, 1988–1994-cü illərdə Elmlər Akademiyasının Nəbatat İnstitutunun Radio-Biologiya bölməsində elmi işçi, 1994–1997-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Özəlləşdirmə İdarəsinin rəisi, 1997–2000-ci illərdə isə Nazirlər Kabineti yanında Dünya bankının Kənd Təsərrüfatının Kreditləşməsi layihəsində rəhbərin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildə Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1992–1994-cü illərde YAP Nəsimi rayon təşkilatının sədri, 1994–1998-ci illərdə YAP Nəsimi rayon təşkilatının sədrin 1-ci müavini vəzifələrində çalışmışdır. 1999-cu ilin dekabr ayında YAP-ın 1-ci qurultayında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000–2005-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Mürşüd Məmmədov (icra başçısı)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Məmməd Məmmədov (icra başçısı)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.